Allahşükür Paşazadə: "Notr-Dam kilsəsinin yanmasına ürəyim ağrıdı"

2019-04-29 11:35:26 / 3481 dəfə oxunub

"İraqda, Suriyada "Allahu-əkbər” deyib baş kəsənlər dinimizi gözdən salır".

ONA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

QMİ sədri qeyd edib ki, İraqdan və Suriyadan bəzi ailələrin uşaqları ölkəyə gətirilir: "Onların da bəzilərinin günahı bizim boynumuzdadır. Din xadimlərinin əhatə dairəsi çox genişdir. Tək məsciddə deyil, kənarda da təbliğat aparmalısınız".
Allahşükür Paşazadə deyib ki, Notr-Dam kilsəsinin yanmasına ürəyi ağrıyıb: "Dünyada harada olmasından asılı olmayaraq, bütün məbədlər Allahın evidir".

Şeyxülislam nəzərə çatdırıb ki, bu gün torpaqlarımızın 20 faizi işğal altındadır, dini məbədlərimiz də işğal altındadır: "Mən əvvəllər Naxçıvanın qazısı olmuşam. İnsanlarımız İrəvandakı ziyarətgahlarımızı ziyarət edirdi, indi onlar yoxdur, məhv edilib. Bəzən buradan çıxan azərbaycanlılar xaricdə bizim əleyhimizə danışır. Hətta ermənilərlə dostluq edənlər də var. Bunlar bizi incidir, təəssüfləndirir. Din xadimləri bunları cəmiyyətə çatdırmalıdır".

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!