“FACEBOOK” GÜNDƏMİ

2019-04-30 10:19:31 / 4577 dəfə oxunub
"Facebook” elə bir virtual məkandır ki, hər kəs burada özünü açıq-aydın ifadə edir, fikrindən keçənləri sərbəst şəkildə yazıb paylaşa bilir. Ona görə də bu gün gündəmin formalaşmasında ənənəvi və onlayn media ilə yanaşı, "Facebook”-un da rolu az deyil. Odur ki, SABAHİNFO.AZ saytı bu virtual sosial platformada paylaşılan, ictimai marağa səbəb olan və gündəmi müəyyənləşdirən mövzularla bağlı 10 ən maraqlı statusu oxuculara təqdim edir:


**

Vüsalə Mahirqızı: "Multikulturalizmə giriş” dərsliyinin bir hissəsinin tamamilə dinə aid olmasına o qədər də sevinmədim. Amma ali məktəb tələbəsinin dinlər, cərəyanlar, mənəvi dəyərlər barəsində məlumatlı olması normaldır, hətta vacibdir. Lakin "Həyat bilgisi" dərsliyində, xüsusi ilə ibtidai siniflərdə dini mövzuların artırılması heç təqdirəlayiq deyil. 10.yaşa qədər olan uşaq üçün bu bilgilər çox tezdi və travmatikdi, məncə. Bəlkə də rəsmi qurumlar bunun sosioloji və psixoloji tərəfini araşdırıblar. O ki qaldı, Quran kurslarına. Mübariz Qurbanlı heç yerdə deməyib ki, orta məktəbdə Quran kursu açılacaq. Deyir ki, dövlət də, dini idarə də Quran kursunun açılmasına qarşı deyil. Yəni kənarda kim istəsə, Quran kursu aça bilər, yəqin ki bəlli bir kriteriyalara əməl etməklə. Kim də istəsə Quran kursuna gedə bilər. Oxuduğunu başa düşməyən adamlarla bir sahədə olmaq ağırdı.



 **

Niyaməddin Orduxanlı: Məktəblərimizdə dini dərslər keçirilsə, qız uşaqları dərsə başı bağlı gəlməlidir?! Bizim dövlətin qurluşu DÜNYƏVİDİR!!!

 

 **

İlqar OrucovADNA-da 10 il öncə törədilən terror qurbanlarını ehtiramla anırıq! Rədd olsun terror!


 **

Sahib Məmmədov :Bir il əvvəlin söhbətidir. Sümük azalan vaxtlar idi. Qırğın başlamışdı."Resurslar azalır, xaricdə hərə bir "TV" domeini alıb, adını internet tv qoyur və başlayır Azərbaycan əleyhinə fəaliyyət göstərməyə. Nəticədə bu adamların özü arasında böyük konfliktlər yaranır.... Yəqin ki, bu vəsaitlərin azalması ilə bağlıdır."

 **

Niyaz Niftiyev:Orta məktəblərdə dinlərin tədrisi gözəl təşəbbüsdür. Təki doğru-düzgün tədris olunsun.

 **

Anar NifteliyevDinin ali məktəblərdə tədrisindən niyə narahatsınız? Elə bilirsiniz, namaz qılmaq öyrədəcəklər?

 **

Cavid Qədir:Təzə qarğış tapmışam: Səə görüm, axırun dotrakilər kimi olsun. 

**

 Rəşad MəcidDin tək İslam deyil ki...Hamısı barədə bilği verilməlidir.Hətta Asif Ata ocağı barədə də ...

 

 **

Qadir İbrahimliCahangir Hacıyev Qazaxıstanda neft yatağı da alıbmış. Ondan "siyasi məhbus" düzəldə bilsələr, "neft yatağı olan siyasi məhbus" kimi tarixə düşəcək)

 **

Nailə İsmayılovaAdını "müxalifət" qoyub xalqın, millətin heysiyyəti ilə oynayıb ölkəmizi dost-düşmən yanında xar etməyə çalışanlar, görəsən bircə dəfə papaqlarını qarşılarına qoyub filirləşiblərmi ki, ən azından ətrafımızı bürüyən düşmənlərimizi özümüzə güldürməyək, dilləriniə söz olmayaq. Özlərini "müxalifət liderləri" hesab edənlər öz şəxsi maraqlarına xidmət edirlər. Belə olmasaydı, barmaqları özləri idarə etdikləri qapının arasında qalan zaman çığır-bağır etməzlər. Uzaqdan-yaxından çığır-bağır etməyin!

 

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!