İsmayıllının icra başçısı: “Rayonun ən yaralı yeri sığortadır”

2019-05-07 16:25:39 / 3179 dəfə oxunub

"İsmayıllı rayonunun ən yaralı yeri sığortadır. Sığortalanmayan evlərin sayı 80 faizdən çoxdur" .

Bu sözləri fevralın 5-də Ağsu, İsmayılllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair 3 aylıq hesabat brifinqi zamanı İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqov deyib.

Onun sözlərinə görə, sığorta böyük bazardır:

"Evlərin sığortalanması gərgin vəziyyətdədir. Hər bir insan evini sığortalamalıdır. Dəymiş ziyanın ödənilməsi üçün fond olmalıdır. Elə dağ evləri var ki, onların sənədləri yoxdur. Vaxtilə ata-analarının adına olub, onlar dünyasını dəyişib, övadlarının da sənədləri yoxdur. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, "ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlaralımız evlərin sığortalanmasında fəal olmalıdır"


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!