“Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi layihəyə start verdi

2019-05-08 17:27:00 / 1939 dəfə oxunub

"Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 01.05.2019-cu il tarixindən Yeniyetmə və gənclərin sahibkarlıq və biznes fəaliyyəti ilə bağlı maarifləndirilmə tədbirlərinin keçirilməsi adlı layihəsinin icrasına başlayıb.

Bu barədə layihə rəhbəri İndira Şəmsivari məlumat verib. Onun sözlərinə görə layihənin məqsədi yeniyetmə və gəncləri ölkəmizdə özəl bölmənin inkişafı ilə bağlı yaradılan əlverişli mühit barədə məlumatlandırmaq və şagirdlərə "sahibkarlıq”, "biznes”, "azad bazar” kimi anlayışları təlqin etmək, öyrətmək, bazar qanunlarını başa salmaq və onları gələcək həyata hazırlamaqdır. Layihə 3 ay davam edəcək.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!