Səhiyyə Nazirliyi çimərliklərdə monitorinqə başladı

2019-05-08 15:15:58 / 2621 dəfə oxunub
Səhiyyə Nazirliyi tərəfindən çimərliklərdə dəniz suyunun monitorinqinə başlanılıb.

Sabahinfo.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov ONA-ya deyib ki, monitorinq zamanı çimərliklərdə dəniz suyunun laborator müayinələri aparılır. Z. Kazımov qeyd edib ki, monitorinq Bakı, Abşeron, Azərbaycanın şimal və cənubunda yerləşən bütün çimərlikləri əhatə edəcək, dəniz suyu kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək: "Analizlərin nəticələri, çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ictimaiyyətə geniş məlumat veriləcək”.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!