İcra başçısı narazılığa səbəb olan hasarı sökdürdü

2019-05-11 11:29:25 / 1570 dəfə oxunub
Nizami rayon İcra Hakimiyyəti Qara Qarayev metrostansiyasının yaxınlığındakı ərazinin hasarlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İH-dən daxil olan məlumata görə, Abdullayev Nağı Əhməd oğlu və Qədimov İlham Ənvər oğlu Rayon İcra Hakimiyyətini məlumatlandırmadan Nizami rayonu, Qara Qarayev prospekti 32a ünvanında mövcud qeyri-yaşayış obyektinin yenidən qurulması üçün əraziyə mühafizə hasarı çəkməyə cəhd edərək tikinti işlərinə başlamaq üçün hazırlıq işləri görüb.

Rayonun aidiyyəti xidmət sahələri tərəfindən həmin əraziyə çəkilən mühafizə hasarı sökülərək ərazi əvvəlki vəziyyətinə qaytarılıb.

Obyektin tikintisinə verilən sənədlərə yenidən baxılması üçün tərəfimizdən Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət olunub.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!