“Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edənlərə cinayət işi açılıb”-Sədr

2019-05-15 11:49:44 / 1613 dəfə oxunub
"Təəssüflə qeyd edim ki, Qida Təhlükəsizliyi Agentliyinin adından müxtəlif dələduzlar əsasən ticarət şəbəkələrində reyd keçirərək vəsiqə təqdim edir, özlərini agentliyin əməkdaşı kimi göstərirlər".

Bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, artıq Respublika Prokurorluğu tərəfindən onlara qarşı cinayət işi açılıb, bir neçə nəfər həbs olunub: "Cinayət işinin arealı da genişlənir. Müxtəlif rayonlardan bizə məlumatlar daxil olur ki, digər rayonlarda belə faktlar aşkar olunub. Hazırda hüquq-mühafizə orqanları onlar haqqında lazımi tədbirlər görür. Sonda qərar veriləcək ki, bu, fərdi və ya şəbəkələşmiş formada olub. Amma aşkar olunmuş faktlarda 3 nəfər bir, 2 nəfər bir, 1 nəfərin də tək belə dələduzluq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb".(ONA)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!