Hicran Hüseynova: "Ailə zorakılığı, erkən nikahlar, təhsildən yayınma halları bizi narahat edir"

2019-05-15 12:15:41 / 2941 dəfə oxunub

"Ailə zorakılığı, erkən nikahlar, təhsildən yayınma kimi hallar bizi narahat edir".

ONA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Beynəlxalq Ailə günü”nə həsr edilmiş "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Komitə üç istiqamətdə - sağlam ailə, təhsil və sosial problemlərin həlli yönündə çalışır: "Azərbaycanda çox gözəl ailə modeli var. Bizə dəfələrlə Britaniyadan, Fransadan, başqa ölkələrdən müraciət edirlər, ailə modelimizi öyrənmək, bu barədə məqalələr dərc etmək istəyirlər. Bu, bizim ailə modelinin nə qədər əhəmiyyətli, dəyərli olduğunu göstərir".

Hicran Hüseynova qeyd edib ki, Komitənin 11 bölgədə ailə-dəstək mərkəzləri var: "Rayonlarda dəyirmi masalar, görüşlər keçiririk. Əlbəttə ailə zorakılığı, erkən nikahlar, təhsildən yayınma halları kimi məsələlər bizi narahat edir. Mən düşünürəm ki, bu cür problemlərin həlli üçün nümunəvi ailələr ictimaiyyətə təqdim olunmalı, ziyalılarla görüşlər təşkil edilməlidir. Görürük ki, istər cənab Prezident, istərsə də, Mehriban xanım əhali ilə görüşür, onların dərdlərini dinləyirlər. Bu, dövlətin insanlara dəstəyinin nümunəsidir".


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!