"ABŞ Azərbaycan iqtisadiyyatına 13,6 mlrd.dollar investisiya yatırıb"

2019-05-17 11:52:19 / 3748 dəfə oxunub
Bu günədək ABŞ Azərbaycan iqtisadiyyatına 13,6 mlrd. dollar investisiya yatırıb.

Bunu Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında çıxış edərkən Azərbaycanın Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, öz növbəsində Azərbaycan ABŞ iqtisadiyyatına 8,2 mlrd. dollardan çox investisiya yatırıb.

"Hesab edirik ki, bu göstəricilər bizim iqtisadi sahədə əməkdaşlığın potensialını tam əks etdirmir və bu rəqəmlər daha yüksək ola bilərdi", - deyə nazir bildirib.
Nazir həmçinin bildirib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı çox yüksək templə inkişaf edib. ÜDM 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 34 dəfə artıb.

"Bir neçə il öncə qlobal əmtəə bazarlarındakı qiymət dəyişkənliyi Azərbaycan iqtisadiyyatına təsirsiz ötməyib. Neft qiymətlərinin kəskin azaldığı, ölkənin əsas ticarət tərəfdaşlarının valyutalarının dəyərsizləşdiyi şəraitdə ölkədə makroiqtisadi iqtisadi sabitlik tezliklə bərqərar edildi, inflyasiya birrəqəmliyə çatdırıldı, genişmiqyaslı iqtisadi islahat proqramı, o cümlədən əhalinin sosial həssas təbəqələri üçün əhatəli sosial paket hazırlanaraq tətbiq olundu", - deyə nazir bildirib.

S. Şərifov əlavə edib ki, 2018-ci ildən etibarən ölkə iqtisadiyyatı artım trayektoriyasına döndü və ÜDM-in artımı 2018-ci ildə 1,4% təşkil etdi, cari ilin birinci rübündə isə 3%-dək yüksəldi.(ONA)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!