Deputat Avtovağzaldakı ödənişlərə ETİRAZ ETDİ

2019-05-17 12:58:28 / 2572 dəfə oxunub

Milli Məclisin deputatı Fazil Mustafa Bakı Beynəlxalq Avtovağzalına və Bakı Beynəlxalq Hava Limanına qısa müddətdə daxil olub-çıxan şəxslərdən ödəniş alınmasının düzgün olmadığını qeyd edib.

Modern.azxəbər verir ki, F.Mustafa Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, Bakı Beynəlxalq Hava Limanına və Bakı Beynəlxalq Avtovağzalına 10 dəqiqəlik daxil olanda mütləq pul ödənilir:

"Əgər vətəndaş orada uzun müddətə qalırsa, ödəniş tətbiq etmək olar. Yox, əgər vətəndaş qısa zamanda həmin əraziyə daxil olub, kimisə qarşılayırsa və ya kimisə yola salırsa, ondan ödəniş almaq düzgün deyil”.

Fazil Mustafa Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanovun xatirəsinin əbədiləşdirilməsinin vacibliyinə diqqət yönəldib. O, eyni zamanda hərbi diktor Şəmistan Əlizamanlının Vətən qarşısında xidmətlərinin qiymətləndirilməsinin zəruriliyini vurğulayıb.

Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov isə müzakirəyə çıxarılan qanun layihələrindən kənarda danışılmasını düzgün saymayıb: "Facebook” səhifələrinizdə belə məsələləri yaza bilərsiniz”.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!