Afaq Bəşirqızı məmurlara çağırış etdi - “Sənətkarların qədri bilinməlidir"

2019-05-18 10:36:21 / 2021 dəfə oxunub
Xalq artisti Afaq Bəşirqızı mədəniyyət və incəsənət nümayəndələrinə dəyər verilməməsindən gileylənib.

Bu barədə danışan xalq artisti məmurlara çağırış da edib: "Sənətkarların qədri bilinməlidir. Xalq öz sənətkarını sevir, dəyərləndirir. Amma cənab məmurlar, siz də ayılın. Hər şeyi biz prezidentə deyə bilmirik. Vaxt olacaq and içəcəklər ki, siz o kresloda oturmusuz, heç kəs inanmayacaq. Amma sənətkar həmişə yaddaşlarda qalır”.

Xatırladaq ki, iki ay öncə, mart ayının əvvəlində ölkə prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb, onları dinləmişdi.

Görüşdə xalq artisti Afaq Bəşirqızı teatr və aktyorların maddi durumu ilə bağlı müraciət etmişdi. Bundan dərhal sonra prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Musiqili Teatra və Dövlət Rus Dram Teatrına akademik statusu verildi.

Həmçinin prezidentin digər sərəncamı ilə bu il martın 1-dən etibarən dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 50 faiz artırıldı. (Musavat.com)

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!