Qarabağ qaziləri Türkiyə prezidenti ilə görüşdülər

2019-05-20 10:51:14 / 1989 dəfə oxunub
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin Samsunq şəhərində olan Qarabağ qaziləri və Birliyin rəhbərləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüblər.Bu barədə Birliyin rəhbəri Emin Həsənli musavat.com-a məlumat verib.

Emin Həsənli deyib ki, rəhbərlik etdiyi təşkilatın təmsilçiləri və Qarabağ qaziləri Atatürkü anma, gənclik və idman bayramı münasibəti ilə Türkiyədə səfərdədir: "Böyük Atatürk tərəfindən Qurtuluş savaşının 19 may 1919-cu ildə SAMSUNdan başladılmasının 100 illiyini qeyd edən Türkiyənin ən əziz qonaqları sırasında Qarabağ qaziləri də var. Burada qazilərimizə yüksək diqqəti görürük. Türkiyə prezidenti Tayyib Ərdoğanla görüş də bu yüksək diqqətin nəticəsidir. Görüş isti keçdi, Türkiyə prezidentinə təşkilatımız və qazilərimiz haqda məlumat verdik, simvolik hədiyyələr təqdim etdik. Səfərimiz davam edir".

Emin Həsənli müxbirimizə deyib ki, o, Samsunun Cümhuriyyət meydanında, Bayram tədbirində Prezident yanında QHT - lərə Dövlət Dəstəyi Şurasının üzvü kimi çıxış da edib.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!