Keçmiş nazirin vəziyyəti pisləşdi- Xaricə aparılıb

2019-05-20 17:35:44 / 2640 dəfə oxunub
Dünən axşam saatlarında Azərbaycanın sabiq saxili İşlər naziri, Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin üzvü İsgəndər Həmidovun səhhəti qəfildən pisləşib.

Bakupost-un məlumatına görə, bu barədə İsgəndər Həmidovun köməkçisi məlumat verib.

O bildirib ki, İ. Həmidov şiddətli ürək ağrıları ilə xəstəxanaya yerləşdirilib: "Həkimlər təkidlə onu əməliyyat etmək istəyiblər. Lakin ailə üzvləri və yaxın qohumları buna imkan verməyiblər. Belə ki, İsgəndər Həmidovun yenidən müayinə olunub, əməliyyat edilməsi üçün xaricə aparılması məqsədəuyğun sayılıb”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ONA-ya bildirib ki, İsgəndər Həmidovun səhhəti ilə əlaqədar vəziyyəti öyrənmək üçün ona dəfələrlə telefon zəngi etsə də, əlaqə saxlamaq mümkün olmayıb: "Amma mənə bildirdilər ki, İsgəndər bəy əməliyyat edilməsi üçün xaricə aparılıb”.

Xatırladaq ki, ötən il dekabrın 4-də anidən vəziyyəti pisləşən İsgəndər Həmidov 1 saylı Şəhər Kliniki Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilmiş və həkimlərin anju etmək təklifini son anda rədd etmişdi.

Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!