Gəncədə polis əməkdaşı döyüldü

2019-05-21 10:00:26 / 1499 dəfə oxunub
Gəncədə polis əməkdaşı dava zamanı xəsarət alıb.

Sabahinfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhər sakini, 1990-ci il təvəllüdlü Süleymanov Mehman Natiq oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, polis əməkdaşı olan M. Süleymanov Gəncə bulvarında olan çay evlərinin birində dava zamanı döyülüb. Münaqişənin xidmət zamanı baş vermədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!