Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

2019-05-22 17:50:51 / 1321 dəfə oxunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Əziz Qardaşım. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Dost və qardaş Azərbaycanın müstəqilliyini bərpa etməsindən bu günə qədər keçən müddət ərzində bütün sahələrdə qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir. Uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın bu nailiyyətlərinin artaraq davam edəcəyinə inamımız qətidir.

"Bir millət, iki dövlət” şüarı ilə genişlənən strateji münasibətlərimizin daha da güclənməsi istiqamətində qətiyyətli olduğumuzu bir daha vurğulamaq istəyirəm. Qarşıdakı dövrdə də sıx əməkdaşlığımızın regionumuzda və regionumuzdan kənarda sülh, rifah və sabitliyə mühüm töhfə verəcəyinə səmimi qəlbdən inanıram.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah diləklərimi bir daha ifadə edirəm".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!