“Azərbaycan Xalçaçılıq məktəblərinin gənclər arasında təbliği” layihəsi icra olunacaq

2019-05-23 12:19:00 / 1545 dəfə oxunub

Bakı şəhəri və Ağdam rayonunda Azərbaycan Xalçaçılıq məktəblərinin gənclər arasında təbliğiməqsədilə seminarlar və ekuskursiyalar keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən 2019 – cu ilin iyun ayında Bakı şəhəri və Ağdam rayonunda "Azərbaycan Xalçaçılıq məktəblərinin gənclər arasında təbliği” layihəsi icra olunacaq.

Layihənin həyata keçirilməsində əsas məqsədyeniyetmə və gənclərin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri haqqında məlumat bazasının artırılmasına, mədəniyyətimizin bu sahəsinin təbliğinə və yaşadılmasına, yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyyəsinə tövhə verilməsi, yeni istedadlı yeniyetmə və gənclərin də aşkar olunmasına kömək etməkdir. Layihəyeniyetmə və gənclərin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri haqqında məlumatlılığının artırılması, mədəniyyətimizin bu sahəsinin təbliği və yaşadılması, yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyyəsinə tövhə verilməsi məqsədini daşıyır. Bu məqsədlə gənclərə peşəkar ekspertlər tərəfindən seminarlar keçirləcək, əyani tanışlıq üçün onların muzeylərə ekskursiyaları və xalça istehsalı müəsissələrinə səfərləri təşkil olunacaq.

Hazırda ölkəmizdə xalçaçılıq sənətinin qorunub saxlanılması və təbliği istiqamətində bir sıra mühüm işlər görülür. Ancaq bu sahənin gənclərə tanıtımı istiqamətində bundan sonra da görüləcək işlər az deyil. Yetişməkdə olan gənc nəslin bu qədim sənət tarixinə bələdçiliyi, onların təkcə xalçalarımızın mahiyyətini başa düşüb sevməsinə yox, həm də bu əvəzsiz maddi - mənəvi sərvətlə fəxr etməsinə, onu yaşatmasına və dünyaya tanıtmasına yardımçı ola biləcək.Bütün bunları nəzərə alaraq layihənin məqsədinə çatmaq və mövcud problemin həllinə töhvə vermək üçün layihə çərçivəsində qeyd edilən şəhər və regionda yeniyetmə və gənclərə Azərbaycan Xalçaçılıq məktəbləri mövzusunda peşəkar ekspert tərəfindən seminarlar və ekskursiyalar təşkil ediləcəkdir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!