İcra Başçısı Milli Qəhrəman Zabit Quliyevin anasını ziyarət edib

2019-05-23 13:53:41 / 3768 dəfə oxunub

Mayın 22-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Ukraynanın paytaxtı Kiyev şəhərində müalicə alan Milli Qəhrəmanımız Zabit Quliyevin anasını ziyarət edib. 

Rayonun Ərəbxana kəndində yaşayan Milli Qəhrəman Zabit Quliyevin ailəsi ilə çay süfrəsi ətrafında söhbət edən İcra Başçısı onların problemləri ilə maraqlanıb.

Ceyhun Cəfərov bildirib ki, Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Zabit Quliyevin müalicəsi Prezident İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb. Dövlət müalicə başa çatanadək yardımını əsirgəməyəcək. O vurğulayıb ki, İlham Əliyev şəhid ailələrinə, əlillərə, Qarabağ müharibəsi, 20 yanvar, Çernobıl iştirakçılarına, Milli Qəhrəmanlara, İkinci Dünya müharibəsi veteranlarına və ailələrinə, qaçqın və məcburi köçkünlərə daima böyük qayğı ilə yanaşır.

Milli Qəhrəmanın anası Məlahət Quliyeva göstərilən yüksək diqqət və qayğıya görə İlham Əliyevə təşəkkürünü bildirib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!