Bakıda ingilis azərkeşlər arasında DAVA - Yaralı var

2019-05-29 12:10:54 / 2808 dəfə oxunub
Bakıda ingilis azərkeşləri arasında ilk qarşıdurma qeydə alınıb.

Dünən axşam saatlarında paytaxtın Malakan bağında "Çelsi” azərkeşləri ilə "Arsenal” azərkəşləri arasında mübahisə düşüb. Nəticədə, "Çelsi” azərkeşlərindən biri (Anderson Çels) xəstəxanaya çatdırılıb.

Bakupostxəbər verir ki, faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a təsdiqləyib.

O bildirib ki, çağırış daxil olan kimi hadisə yerinə təcili yardım briqadası yollanıb. Zərərçəkmiş təpə nahiyəsinin əzilmiş, kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, orada yaralıya ilkin yardım göstərildikdən sonra o, Mərkəzi Klinik Xəstəxanasına keçirilib. Vəziyyəti orta ağırdır. Həyatı üçün təhlükə yoxdur.

Futbola baxmağa gələn Rusiya vətəndaşı 41 yaşlı Zaur Məmmədov Bakının mərkəzində yerləşən "pub”lardan birində baş verən qarşıdurma zamanı xəsarət alıb. Təcili tibbi yardım briqadası sifətin küt travması diaqnozu ilə müraciət edən zərərçəkmişə yerində yardım göstərib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!