İlham Əliyev və birinci xanım da AvroLiqanın finalına baxıblar - FOTO

2019-05-30 01:14:06 / 2807 dəfə oxunub

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi "Çelsi” komandası olub.

Londonun "Arsenal” və "Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, müdafiə naziri Zakir Həsənov, daxili İşlər naziri Ramil Usubov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və digər rəsmi şəxslər də matçı stadionda izləyən məmurlar arasında olub.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!