"Şikayətlərin 30 faizi məktəb direktorları və müəllimlər tərəfindən edilir" - Əflatun Amaşov

2019-05-30 11:40:49 / 778 dəfə oxunub
"İl ərzində Mətbuat Şurasına 700-ə yaxın şikayət daxil olur. Bu şikayətlərin 30 faizi məktəblər, məktəb direktorları və müəllimlər tərəfindən edilir. Onların şikayətləri "reket nəşrlər"lə bağlı olur".

Bakupost-un xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Təhsil Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi təlimdə çıxışı zamanı deyib.

O bildirib ki, bir sıra saytlarda məktəblərlə bağlı xoşagəlməz yazılar yayımlanır: "Həmin saytlarda guya Azərbaycanda müəllimlərin savadsız olması, məktəblərdə rüşvətin tüğyan etməsi barədə yazılar yayımlanmaqdadır. Təəssüf ki, bu sayaq saytların sayı çoxdur".

Şura sədri qeyd edib ki, məktəbin əsas missiyası təhsil vermək olmalıdır: "Hətta valideynlər öz missiyalarını məktəblərdən gözləyirlər. Tərbiyə ilk növbə ailədə verilməlidir".

Ə. Amaşov onu da vurğulayıb ki, Azərbaycanda jurnalistlərin 60 faizini qadınlar təşkil edir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!