Krımlı azərbaycanlı xalq musiqisini səsləndirərək “Paris 2019” ulduzu oldu

2019-05-30 16:04:14 / 3612 dəfə oxunub
Krımlı azərbaycanlı Rəsulova Aysel Aslan qızı "Paris festival körpüsü – Paris 2019 ulduzu” adlı beynəlxalq konkurs-festivalında "İnstrumental yaradıcılıq” bölumu üzrə 2-ci yerə layiq görüldü. "Parisin festival körpüsü” 14-cü yaradıcılıq festival-konkursu may ayının əvvəllərində Fransanın paytaxtında kecirildi. Tədbirin təşkilatcısı – uşaq və gənclər idman proqramı üzrə festival üçün hazırlıq mərkəzi TAYLIS s.r.o.(Praqa, Çexiya) və THE FESTIVAL BRIDGES – xeyriyyə fondu idi. Konkursda dünyanın müxtəlif ölkələrindən – o cümlədən Polşa, Rusiya, Ukrayna, Litva, Moldova, Fransa, Çexiya, Almaniya, Kicik Asiya və s. kimi ölkələrdən instrumentalistlər iştirak edirdi. Krım Mühəndislik Pedoqoji İnstitunun 1-ci kurs (magistr) tələbəsi Rəsulova Aysel, əməkdar təhsil işçisi, dosent Zarema Əliyevanın rəhbərlik etdiyi "Selsebil” ansambılının solistidir. Ayselin çıxışındakı qeyri-adilik, festivalda səslənən yeganə Azərbaycan musiqisinin heç bir müasir oranjimansız skripkada səslənməsi idi. Aysel xanım Krımda anadan olub. Atası – azərbaycanlı, anası – Krım tatarıdır. Uşaqlıqdan musiqiyə və atasının Vətəni Azərbaycana həvəsi olduqunu Aysel xanım hər zaman qeyd edir. Aysel 14 yaşından musiqi məktəbində oxumaqa başlamış və elə o vaxtlardan da uğurlar əldə etmişdir. Məhz elə buna görə də Aysel üçün Krım Mühəndislər Pedaqoji İnstitutun "İnstrumental musiqi sənəti” fakultəsinə qəbul olmaq heç də çətin olmadı. Həyatını birdəfəlik musiqiyə həsr etmək qərarına gəldi. Ayselin ailəsində musiqini hər bir ailə üzvü sevir. Atası çox gözəl oxuyur və ən çox da Azərbaycan musiqilərini, xalq mahnılarını sevir. Aysel bu mahnı və musiqilərdə xalqın məhəbbətini və onun ətrafdakıları özunə cəlbetmə qüvvəsinə qadir olduğunu düşünür. "Əgər qəlb sızlayırsa, o zaman musiqidə olan hər bir not da sızlayar, əgər qəlb sevinərsə, musiqidə olan hər bir not sevinər. Musiqini səsləndirəndə onu qəlbimlə hiss edir, skripka ilə birlikdə ağlayır və gülürəm ” – deyir Aysel. Bəli. Aysel klassikanı sevir və ifa edir. Azərbaycan onun qəlbində ən ümdə yeri tutur. Bunu hiss edən müəlliməsi Zarema xanım bu istiqamətdə də Ayselin üzərində çalışır (əvvəllərsə bu hala Ayselin ibtidai musiqi müəlliməsi Svetlana Zapalyonnaya diqqət yetirirdi ). Ayselin çıxışlarının birində onun imüəlliməsi Zarema xanım və Azərbaycanda yaşayan qohum və tanışlarla sıx əlaqəsi olan, "Krım qadınları” təşkilatında Simferopol rayonları üzrə rəhbər kimi çalışan Krımlı azərbaycanlı Arifə xanım Muxtarova ilə görüş keçirildi. Ayselin Fransa səhnəsində əsl azərbaycanlı kimi görünməsi üçün yeni milli libas tələb olunurdu ki, Arifə xanım bu yolda əlindən gələnləri əsirgəmədi və milli libası xeyirxah azərbaycanlıların köməkliyi ilə tez bir zamanda ərsəyə gətirdi. Həmən milli libasın xüsusi inam və güc verdiyini söyləyir Aysel: " İndi mənim arzum həddən çox Azərbaycan xalq musiqi və mahnılarını oyrənmək, həmən musiqi və mahnıları bütün dünyaya səsləndirərək insanlara bu mahnı və musiqilərin nə dərəcədə gözəl olduğunu, Azərbaycan xalqının hansı qəlbə sahib olduğunu çatdırmaqdır”- deyir. Əlbəttə ki, Ayselin arzularından biri də Azərbaycanda keçirilən konkurslarda iştirak etmək, Azərbaycan xalqının həyatı ilə tanış olmaq, atasının Vətənində iinsanların necə oxuyub-rəqs etdiklərini öz gözləri ilə görməkdir. Azərbaycanın milli musiqi alətlərindən biri də sazdır ki, bu musiqi aleti Ayselə çox tanışdır. Çünki Aysel bu musiqi alətində cox gözəl ifalar edir. Bütün deyilənlərə əlavə olaraq, Aysel və onun musiqi müəlliməsi Zarema xanımı təbrik edir, uğurlar diləyir və onların ifaları altında Azərbaycan musiqisinin bütün dünyaya yayılmasını arzulayırıq!

Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!