Rüstəm İbrahimbəyov Bakıya gəlir

2019-05-31 17:56:37 / 1318 dəfə oxunub

İyunun 4-də Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin növbəti iclası keçiriləcək.

QurumdanModern.az-a bildirilib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun rəhbərliyi altında keçiriləcək iclasda AKİ-nin XI Qurultayına hazırlıq məsələləri müzakirə olunacaq, qurultayın gündəliyi və keçirilmə yeri müəyyənləşdiriləcək.

Gündəliyə bədii, sənədli, animasiya filmləri istehsalının müasir durumu, kino təhsilinin inkişafı, kino yayımı problemləri və kinonun inkişafı konsepsiyasının müzakirəsi də daxildir.

Tədbir iyunun 4-də saat 14:00-da Bakı şəhəri, Həsən Seyidbəyli küç.18 ünvanındakı Azərbaycan Kinematoqrafçılar İttifaqı Evində keçiriləcək.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!