Deputatdan snayperlərimizə ÇAĞIRIŞ: “Paşinyanı, Tonoyanı vurun!”

2019-05-31 14:47:40 / 2362 dəfə oxunub

"Cəbhə xəttində zabitimiz Aqil Omarovun şəhid olması adi hadisə deyil, bu, Ermənistan tərəfindən düşünülmüş bir təxribatdır.

Modern.azxəbər verir ki,bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentinyaz sessiyasının sonuncuiclasında deyib.

A.Mirzəzadə bildirib ki, zabitimizin şəhid olması göstərir ki, Ermənistanın bu məsələdə çox düşünülmüş, təxribatçı bir siyasəti var:

"Belə bir təsəvvür yaranır ki, ya Paşinyan ikizülülük edir, diplomatik danışıqlar aparır, gizlində isə silahlı qüvvələrə Azərbaycana qarşı belə çirkin addımlar atmağa tapşırıq verir, ya da ki o, silahlı qüvvələrə nəzarət etmir".

Deputat ordumuzun snayperlərinə müraciət edib:

"Mən müdafiə naziri, Ali Baş Komandan deyiləm, ona görə Ordumuza əmr verəbilmərəm. Amma snayperlərimizəüz tutub xahiş edirəm ki, əgər Ermənistanın baş naziri Nikol Paşinyan yenidən işğal olunmuş ərazilərimizə gələrsə, onu vursunlar”.

Deputat, həmçinin Ermənistanın müdafiə naziri David Tonoyanın da vurulmasını xahiş edib:

"Ermənistanın müdafiə naziri cəbhə bölgəsinə gələrsə, onu da vursunlar. Qoy, zabitimizin qanı yerdə qalmasın. Bu, Ermənistan üçün dərs olmalıdır. Ermənistan bilsin ki, Azərbaycan xalqının səbri tükənməz deyil. Ermənistan işğala, təxribata son qoymalıdır".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!