Başından vurulan Elmar Vəliyevin səhhəti ilə bağlı YENİ XƏBƏR

2019-06-03 14:45:42 / 1754 dəfə oxunub
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevlə bağlı yeni məlumat yayılıb.

Sabahinfo.az moderator.az-a istinadən xəbər verir ki,ötən ilin 3 iyulunda sui-qəsd zamanı başından aldığı zərbə nəticəsində ağır xəsarət alan keçmiş başçının sağlıq durumu tamam normallaşıb və istər yaddaşı, istərsə də həyat qabiliyyəti 95 faiz bərpa olunub.

Bildirilir ki, ötən il Türkiyədən olan məşhur həkimlər onun sağlamlığını bərpa etməsi üçün 1 illik müddət təyin etmələrinə baxmayaraq E. Vəliyev bu prosesi 1 ay tez, yəni 11 aya bərpa edib. Bu həkimlərin bir neçə gün öncəki təkrar müəyinəsinin nəticəsində bəlli olub.

Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə təkrar Türkiyədə müayinələrdən keçəndən sonra E. Vəliyevin tamamilə sağaldığı barədə cəmiyyətə müfəssəl informasiya veriləcək, hətta ola bilsin ki, keçmiş başçı iddiaların təsdiqi kimi hansısa media orqanına video-müsahibə də versin.

Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!