“QHT rəhbərlərinin əsaslandırılmış təklifləri nəzərə alınacaq” - Azay Quliyev

2019-06-04 11:14:28 / 1865 dəfə oxunub

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasınıntəşkilatçılığı ilə "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib.


Tədbirdə Milli Məclisin deputatları və QHT ekspertləri iştirak edib. Şura sədri, Milli Məclisin deputatı AzayQuliyev Şura ilə Milli Məclis arasında 2014-cü ildə imzalanan Memoranduma uyğun olaraq, "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsinin ictimai müzakirəsinin təşkil olunduğunu bildirib.


Milli Məclisin komitə sədri Əli Hüseynli qanun layihəsi barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən QHT ekspertləri qanun layihəsi ilə bağlı fikirlərini bildirib, həmçinin rəy və təkliflərini səsləndiriblər. Tədbirdə qaldırılan məsələlərə Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid aydınlıq gətirib. Müzakirələrin davam etdirilməsi ilə bağlı tədbirdə ümumi razılıq əldə olunub.

Modern.azxəbər verir ki,Şura sədri, Milli Məclisin deputatı AzayQuliyevsözügedən müzakirə ilə bağlı Twitter səhifəsində fikirlərini bölüşüb:

"Bu gün "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsinin ilk ictimai müzakirəsini keçirdik. QHT rəhbərlərinin səsləndirdiyi əsaslandırılmış təklif və rəylər sonrakı mərhələdə nəzərə alınacaq”.

Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!