Oruc tutan deputatlar üçün Fitr bayramı bu gündür, yoxsa sabah?

2019-06-04 17:57:49 / 1160 dəfə oxunub

Ramazan (Fitr bayramı) bayramı inanclı insanların həyatında mühüm yer tutur. Son illər AzərbaycandaRamazan bayramı ilə əlaqədar ikitirəlik müşahidə olunur. Qafqaz Müsəlman İdarəsinin (QMİ) fətvasına əsasən, Azərbaycanda bu il Ramazan bayramı iyun ayının 5-6-da qeyd olunmalıdır.

AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası da yeni Ayın bu gecə görünəcəyini bəyan edərək, bayramın iyunun 5-nə təsadüf etdiyini bildirib.

Lakin bəzi insanlar bununla razılaşmır və artıq bu gün oruclarını açıb, bayramı qeyd ediblər. Onlar yeni ayın iyunun 4-nə keçən gecədən göründüyünü iddia edirlər.


Maraqlıdır, oruc tutan deputatlar bayramı nə vaxt qeyd edəcəklər?

Deputatı Fazil MustafaModern.az-a bildirib ki, rəsmi olaraq elan olunub ki, bayram ayın 5-də qeyd edilsin, bayram namazı qılınsın:

"Orucu tutub-tutmamaq hər kəsin əqli yanaşmsı ilə bağlı məsələdir. Kimin ağlı qəbul edirsə ki, ay tamam olub, mötəbər bilgi alıb, o, oruc tutmasın. Kimsə buna şübhə ilə yanaşırsa, o, davam eləsin orucuna. Burda konfilikt fikir yaranmamalıdır. Amma bayram namazını hamı eyni vaxta qılmalıdır. Mən bu gün orucumu tamamladım. Amma bayram namazımı hamı ilə birlikdə sabah qılacam”.


Deputat Cavanşir Paşazadəisə qeyd edir ki, hər bir xalq bayramı müxtəlif vaxtlarda qeyd edir. Azərbaycan xalqı üçün isə bayram sabahdır:

"Bizim bayramı sabah qeyd eləməyimiz ondan irəli gəlir ki, Şamaxı Rəsədxanasından Azərbaycan xalqı üçün ayın bu gecə görünəcəyi bilgisi gəlib. Şamaxı Rəsədxanasının məlumatına əsasən, biz də bayramı sabah qeyd edib, orucumuzu sabah açıb və bayram namazımızı sabah qılacağıq”.

Deputatı Novruz Aslanov:

"Öncəlikə Allah oruc tutan hər kəsin orucunu qəbul etsin. Azərbaycan xalqının Ramazan bayramı mübarək olsun.
Bu mövzuya gəldikdə isə düzünü ancaq alimlərimiz deyə bilər. İstəyən bayramı bu gün qeyd eləsin, istəməyən sabah. Bu gün bayramdırsa, bu gün qeyd edirik. Amma əlbəttə ki, dövlətimiz hansı qərarı verirsə, o qərara əsasən hərəkət edirik. Bu fikirdən belə qənaətə gəlmək olar ki, bizim üçün bayram günlərinin sayı artır. Bunun kimə nə zərəri var ki?
Sonda Modern.az-ın bütün əməkdaşlarının bayramını təbrik edirəm. Bu sayt mənim çox sevdiyim, çox oxunaqlı saytdı. İşlərinizdə müvəffəqiyyətlər arzu edirəm”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!