Azay Quliyev ATƏT PA-nın konfransına sədrlik edəcək

2019-06-04 17:22:47 / 1358 dəfə oxunub
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü Azay Quliyev, deputatlar Asim Mollazadə və Sevinc Fətəliyeva ATƏT PA-nın dəstəyi ilə keçirilən "Parlament nəzarəti: Məsuliyyətə cəlb etmə qüvvəsi” adlı konfransda iştirak etmək üçün iyunun 5-də Gürcüstanın paytaxtı Tbilisiyə səfərə yola düşəcəklər.

Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətindən bildirilib.


Məlumatda deyilir ki, tədbirin təşkilatçıları ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Gürcüstan Parlamenti və Milli Demokratiya İnstitutudur. Konfransda "Parlament nəzarətində plenar və komitə iclaslarının rolu” mövzusunda I sessiyaya ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev moderatorluq edəcək.
Digər sessiyalarda "Təhlükəsizlik sektoruna nəzarət və maliyyə nəzarəti”, "Parlament nəzarəti və müxalifətin rolu”, "Parlamentin xarici fəaliyyəti və nəzarətin həyata keçirilməsində ictimaiyyətin rolu”, "Parlament nəzarəti prosesində insan hüquqlarının təminatı” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Deputatlarımız müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
Səfər iyunun 9-da başa çatacaq.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!