Binəqədi rayonunda Gənclər Evində təlim

2019-05-21 11:35:49 / 392 dəfə oxunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə həyata keçirdiyi "Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində 21 may 2019-cu il tarixində Bakı şəhəri Binəqədi rayonunda Gənclər Evində təlim keçirib.

 Təlimi Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova və layihə koordinatoru Lyüdmila Xəlilova aparıb.

 Təlimdə Ağdam, Şuşa, Qubadlı və Füzuli rayonlarından olan 30 nəfərə yaxın məcburi köçkün qadınlar və kişilər iştirak edib.  İştirakçılara 10 oktyabr 2006-cı ildə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun, 22 iyun  2010-cu ildə qəbul olunmuş "Məişət zorakılığının qarşısının alınması haqqında” qanun, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, müdafiə mexanizmləri, mühafizə orderi, qadın hüquqları, gender bərabərliyi, nikah müqaviləsi, erkən nikahlar haqqında ətraflı məlumatlar verilib. Komitə ilə UNHCR–ın birgə çap etdiyi "Məişət zorakılığının qarşısını alaq” adlı kitabça, Komitənin nəşri olan "Əlilliyi olan qadınlar üçün sağlamlıq haqqında stolüstü kitab” iştirakçılara paylanıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!