Səbail rayonunda iftar süfrəsi

2019-06-06 11:42:22 / 1122 dəfə oxunub

Dünya müsəlmanlarının ən əziz bayramlarından biri olan müqəddəs Ramazan bayramı münasibətilə YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyəti hər il olduğu kimi, bu il də öz ənənəsinə sadiq qalaraq aztəminatlı rayon sakinləri üçün iftar süfrəsi təşkil etdi.

4 iyun 2019-cu il tarixində YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Səbail rayonunda Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açıldı.

250 nəfərlik iftar süfrəsində rayon ictimaiyyəti nümayəndələri, rayonun Səbail, Badamdar və Bibi-heybət qəsəbələrinin əsasən aztəminatlı sakinləri, müharibə veteranları, şəhid ailələrinin üzvləri, kimsəsizlər, tənha ahıllar, əlillər, eləcə də partiya fəalları, gənclər iştirak etdilər.

Mərasimdə Qurani-Kərimdən ayələr oxundu, dualar səsləndi, bu müqəddəs ayın fəzilətlərindən, iftarın savablarından danışıldı, ölkə rəhbərliyi səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunması və aztəminatlı vətəndaşlara göstərilən dövlət qayğısı xüsusi vurğulandı. Sonra iftar süfrəsi açıldı.

İştirakçılar, rayon sakinləri iftarın təşkilində əməyi keçənlərə minnətdarlıqlarını bildirdilər və onlara cansağlığı, bol ruzi-bərəkət arzuladılar.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!