3 yaşlı Zəhranın oğurlanmasına görə cinayət işi açıldı

2019-06-07 17:48:56 / 1073 dəfə oxunub
Bakıda 3 yaşlı Zəhra Bağırzadənin oğurlanması faktı ilə əlaqədar cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, qeyd edilən faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayəti törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılıb. Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Bağırzadə Zəhra Rəsul qızı 4 iyun tarixində evdən çıxaraq itkin düşüb. O, iki gündən sonra tapılaraq ailəsinə təhvil verilib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!