BŞİH: "Eldar Əzizovun kitaba böyük marağı var, özü kitablar yazıb"

2019-06-07 16:46:04 / 2513 dəfə oxunub
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) "Qanun” Nəşriyyatının sahibi Şahbaz Xuduoğlunun kitab satışına qadağa qoyulması ilə bağlı fikirlərinə münasibət bildirib.

BŞİH-in Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Bakupost-a açıqlamasında deyib ki, şəhər rəhbərliyinin kitab satışına qadağa qoyması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, Ş.Xuduoğlu Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Ticarət və Xidmət Departamentinə müraciət edərək "Gənclik” metrostansiyasının çıxışında kitab yarmarkası keçirmək istədiyini bildirib: "Departamentdən Şahbaz Xuduoğluna rəsmi olaraq bildirilib ki, həmin ərazi "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin nəzarətindədir, razılıq üçün həmin quruma müraciət edilməlidir. Belə olan halda, Bakı Şəhər İcra Hakimiyyətini ittiham etmək doğru deyil”.

İ.Kərimov qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kitaba böyük marağı var, hər zaman kitabın təbliğatına üstünlük verib: "O, özü də bir neçə kitabın müəllifidir. Eldar Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Səbail Rayon İcra Hakimiyyətinin başçısı olan zaman həmin ərazilərdə dəfələrlə kitab yarmarkaları təşkil edib. Eldar Əzizov Səbail Rayon İcra Hakimiyyətinin başçısı olan zaman "Sahil bağı”nda böyük kitab yarmarkası təşkil edilmişdi. Həmin yarmarkada Şahbaz Xuduoğlu da iştirak edib. İndi isə Şahbaz Xuduoğlunun bu cür mövqedən çıxış etməsi təəssüf doğurur”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!