Azərbaycanda boşananların sayı artıb - SON 5 İLİN ƏN YÜKSƏK SAYI

2019-06-10 12:11:12 / 2164 dəfə oxunub

Azərbaycanda son 5 il ərzində nikaha daxil olanların sayı azalıb, boşananların sayı artıb.

Trend-in məlumatına görə, 2018-ci ildə Azərbaycanda 62 484 nəfər nikaha daxil olub ki, bu da son 5 ilin ən aşağı göstəricisidir.

2017-ci ildə Azərbaycanda 62 923, 2016-cı ildə isə 66 771 nəfər, 2015-ci ildə 68 773, 2014-cü ildə 84 912 nəfər nikah bağlayıb. Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2014-cü ildə 9, 2015-ci ildə 7,2, 2016-cı ildə 6,9, 2017-ci ildə 6,5, 2018-ci illərdə 6,4 olub.

Boşanmaların sayına gəldikdə, ölkədə 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514, 2018-ci ildə 14 857 nəfər boşanıb.

Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2013, 2014 və 2015-ci ildə 1,3, 2016-cı ildə 1,4, 2017 və 2018-ci illərdə 1,5 olub.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Azərbaycanda ailələrin ən çox xasiyyətin tutmaması, uşaqların olmaması və yeni qurulan ailələrin həyatına müdaxilələr edilməsi səbəbindən dağıldığını söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil. Erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanma hallarına səbəb olur.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!