Ermənistandan Qarabağ separatçılarına sanksiya: Bir qəpik də verməyəcək

2019-06-11 12:30:05 / 2183 dəfə oxunub

İşğal altında olan Dağlıq Qarabağ regionunda separatçılarla Ermənistan hakimiyyəti arasında gərginlik davam edir.

Ermənistanın "Politik”nəşrinin yazdığına görə, Baş nazirNikol Paşinyan işğal altında olan Qarabağın "hökumət”inə etibar etmir və hətta onları müharibəyə təhrik etməkdə təqsirləndirir.

Nəşr yazır ki, yaxın günlərdə Qarabağ separatçılarının başçısı Bako Saakyan qondarma "Dağlıq Qarabağ Respublikası”nın "təhlükəsizlik şurasının katibi” VitaliBalasanyanı yanına çağıraraq, ondan istefa ərizəsi yazmasını tələb edib. Saakyan bunu Ermənistan hakimiyyətinin göstərişi olması ilə əsaslandırıb.

"Politik”ə məlum olub ki, Ermənistan hakimiyyəti artıq iki aydırQarabağ separatçılarının maliyyə yardımı ilə bağlı sorğularına rədd cavabı verir. Ermənistan hakimiyyəti VitaliBalasanyanın "vəzifə”də qalacağı müddətdə separatçılara bir qəpik belə verməyəcəyinə açıq eyham vurub.

Nəşrin mənbəsinin dediyinə görə, Ermənistan ilk dəfə olaraq separatçılara qarşı maliyyə sanksiyası tətbiq edib.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!