Sumqayıt şəhərində pulsuz hüquqi yardım

2019-06-11 12:36:27 / 1094 dəfə oxunub
Məlum olduğu kimi, "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.

Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq, Azərbaycan vəkilliyinin 100 illiyi və 15 iyun Milli Qurtuluş günü münasibətilə 15 iyun 2019-cu il tarixdə Sumqayıt Regional Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər tərəfindən şəhər sakinlərinə və Sumqayıtda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə ərizə və şikayətlərin yazılması da daxil olmaqla ödənişsiz hüquqi yardım göstəriləcək. 

Ödənişsiz hüquqi yardımdan bəhrələnmək üçün öncədən qeydiyyata alınmanız və sizin üçün təyin olunmuş vaxtda şəxsiyyətinizi təsdiq edən sənədlə ofisimizə gəlməyiniz xahiş olunur.

Qeydiyyat üçün əlaqə vasitələri:

Telefon:  (018) 656 22 11 

Ünvanımız: Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi 71 (Poçt şöbəsinin yanı)
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!