Prokurorluq İsmayıllıda ailə münaqişə zəminində intiharla bağlı açıqlama yaydı

2019-06-11 15:31:35 / 2257 dəfə oxunub

İsmayıllı rayon prokurorluğu rayon ərazisində 35 yaşlı kişinin özünü yandırması barədə məlumat yayıb.

Rayon Prokurorluğundan verilən məlumata görə, rayon sakini 1984-cü il təvəllüdlü Ramil Rəcəbalıyevin iyunun 1-də üzərinə tez alışan məhlul tökməklə özünü yandıraraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlərin ifadələri alınıb və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İlkin istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə R.Rəcəbalıyev ailə-məişət münaqişəsi zəminində qayınatası Ağasəf Məmmədova məxsus evin qarşısında qonşuların və digər şahidlərin yanında əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla özünü öldürməyə cəhd edib, iyunun 10-da aldığı yanıq xəsarətləri səbəbindən vəfat edib.

İş üzrə dindirilmiş qonşular və hadisənin digər şahidləri ifadələrində R.Rəcəbəliyevin əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla intihar etdiyini bildiriblər.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!