Prezident: “Azərbaycanın gömrük sistemində şəffaflığın təmin edilməsi üçün çox işlər görülüb”

2019-06-12 10:44:02 / 1139 dəfə oxunub
Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfrası və Sərgisi keçirilir.

3 gün davam edəcək tədbirdə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Koreya Gömrük Xudməti İnformasiya və Beynəlxalq Məsələlər İdarəsinin Baş direktoru Taeil Kang və ÜGT-nin Baş katibi Kunio Mikuriya istirak edir.

Tədbir Prezident İlham Əliyevin iştirakçılara təbrik məktubunun oxunması ilə açıq elan olunub. Məktubu Baş nazir Novruz Məmmədov oxuyub. Dövlət başçısı məktubunda bildirib ki, Azərbaycanın gömrük sistemində şəffaflığın təmin edilməsi, informasiya kommunikasiya texnologiyaların tətbiq olunması sahəsində bir çox işlər görülüb. O, bu cür konfrans və sərgilərin keçirilməsini alqışlayır və onların əməkdaşlığa töhfələr verəcəyinə əminliyinin ifadə edib. Daha sonra DGK-nin sədri Səfər Mehdiyev çıxış edib. S.Mehdiyev qeyd edib ki, bu tədbirin olkəmizdə keçirilməsi Prezident İlham Əliyevin gömruk sistemində həyata keçirdiyi mütərəqqi islahatlar hesabına Azərbaycan gömrüyünün bütün sahələrdə, xüsusilə informasiya texnologiyalarının tətbiqi istiqamətində əldə etdiyi uğuların nəticəsidir.(modern.az)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!