Pənah Hüseyn AMİP rəhbərliyinə söz atdı: “Qaşınmayan yerdən qan çıxarmağa girişiblər”

2019-06-12 10:49:05 / 1126 dəfə oxunub

"Mən Azərbaycanın gələcəyi naminə keçmişimizdəki bəzi hadisələrin tarixçilərin öhdəsinə buraxılması üzərində düşünənlərdən, bunu dilinə gətirənlərdən və praktik siyasətdə bunu nümayiş etdirməyə çalışanlardanam”.

Modern.az-ın məlumatına görə, bunu sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib.

Onun sözlərinə görə, son günlər 4 iyun hadisələri barədə heç də sadəcə jurnalist marağı ilə şərtlənmədiyi aydın görünən çoxsaylı suallara kifayət qədər cavab verib:

"Lakin, görünür bəziləri milli- demokratik düşərgənin bu xoş məramlı yanaşmasından yanlış nəticələr çıxarıb "boşluğu" doldurmağa, qaşınmağa və ya qaşınmayan yerdən qan çıxarmağa girişiblər. Son günlər ölkənin demokratikləşdirilməsi istiqamətində birgə proseslər başlatdığımız AMİP rəhbərliyindəki bəzi şəxsləri bu məsələlər üzərində düşünməyə dəvət edirəm”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!