İqbal Ağazadə meyiti tapılan əmisi oğlundan danışdı: "Biznesmen idi..." - YENİLƏNİB

2019-06-13 13:10:51 / 1195 dəfə oxunub
Ümid Partiyasının sədri İqbal Ağazadə əmisi oğlunun ölümündən danışıb.

O, Unikal.org-a açıqlamasında bildirib ki, 49 yaşlı əmisi oğlu Abbasov Loğman Xudam oğlunun cənazəsi iş yerinin yaxınlığında tapılıb.

O diqqətə çatdırıb ki, əmisi oğlu uzun müddətdir tikinti sektorunda sahibkar kimi çalışıb: "Loğman Abbasov ürək tutmasından dünyasını dəyişib. Mərhunm iş yerinin yaxınlığında ürək çatışmazlığından dünyasını dəyişib. Ölümündə hər hansı kriminal iz yoxdur".

**
12:36
Bakıda itkin düşmüş kişinin meyiti tapılıb.

Xətai rayonunda iyunun 11-dən itkin düşən 49 yaşlı Abbasov Loğman Xudam oğlunun meyiti bir gün sonra həmin rayonun Sadıqcan küçəsində tapılıb.

Onun ölümünün səbəbləri Xətai Rayon Prokurorluğunda araşdırılır.

Qeyd edək ki, L.Abbasov Ümid Partiyasının sədri İqbal Ağazadənin əmisi oğludur.(report)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!