Allahşükür Paşazadə Vyanaya gedəcək

2019-06-13 15:32:01 / 1930 dəfə oxunub
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 16-21 iyun tarixlərində Avstriya Respublikasında səfərdə olacaq.

QMİ-dən verilən xəbərə görə, səfər müddətində Vyana şəhərində bir sıra görüş və tədbirlər nəzərdə tutulur.

Şeyxülislam A. Paşazadə iyunun 17-də KAİCİİD Beynəlxalq dinlərarası və mədəniyyətlərarası dialoq Mərkəzinin üzvü olduğu Direktorlar Şurasında BMT Baş Katibinin müavini, Sivilizasiyalar Alyansının Ali nümayəndəsi M. A. Moratinos ilə görüşdə, iyunun 18-də isə Direktorlar Şurasının növbəti sessiyasında iştirak və çıxış edəcək.


İyunun 19-da Vyana şəhərinin "Hofburq” sarayında QMİ nəzdində Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi, KAİCİİD Beynəlxalq dinlərarası və mədəniyyətlərarası dialoq Mərkəzi, Cenevrə İnsan hüquqları və qlobal dialoq Mərkəzi və Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Beynəlxalq konfransın təşkili Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəmindən, dinlər və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb etməsindən irəli gəlir.

Vyana beynəlxalq konfransında ümumilikdə 300-ə yaxın nümayəndə - dünyanın 30-dan artıq ölkəsini təmsil edən dövlət, ictimaiyyət, elm və din xadimləri, həmçinin, 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbəri iştirak edəcək.

Azərbaycan nümayəndə heyətinə ölkənin tanınmış dövlət, din və elm xadimləri daxildirlər. Səfər çərçivəsində Avstriya rəsmiləri ilə görüşlər planlaşdırılır.

Konfransın əsas müzakirə mövzuları sırasında sivilizasiyalararası və dinlərarası əməkdaşlığın bəşəri həmrəyliyə doğru inkişafı dünyada sülhün bərqərar olmasına xidmət edir; terrorizm, ekstremizm, separatizm və ksenofobiya dinlərarası əməkdaşlığa təhdid kimi; gənclərin maarifləndirilməsində, mədəni və mənəvi irsin qorunmasında sivilizasiyalararası və dinlərarası əməkdaşlığın rolu; İnsan hüquqları sahəsində, qadın və uşaq haqlarının qorunmasında din, dövlət, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətinin vacibliyi kimi aktual mövzular yer alıb. (apa)

Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!