Əli Hüseynli vətəndaşlarının qanunvericilik təşəbbüsündən DANIŞDI

2019-06-14 13:19:17 / 2285 dəfə oxunub

"Normativ hüquqi aktlar haqqında” qanunda qanun layihələrinin normayaratma orqanına təqdim edilməsi qaydası yer alıb. Bu müddəalar vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təklif etdikləri qanun layihələrinə də şamil olunur”.

Modern.azxəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında yeni hazırlanan "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, elə təəsürat yaranmamalıdır ki, vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək təqdim edəcəkləri qanun layihəsi onların istədikləri formada olmalıdır:

"Bu, mümkün deyil. "Normativ hüquqi aktlar haqqında” qanunun tələbləri var və ona riayət edilməlidir”.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!