Nazir: “Azərbaycanda nağdsız hesablaşmalar üçün komisyon haqqı digər ölkələrdən yüksək deyil”

2019-06-14 12:56:17 / 2778 dəfə oxunub

"Azərbaycanda sadə vətəndaşlar, sahibkarlar və banklar nağdsız hesablaşmaların aparılmasında nə dərəcədə maraqlıdır?”

Modern.azxəbər verir ki, bunu vergilər naziriMikayıl CabbarovMilli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında - "2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsində deyib.

"Bu suala cavab vermək üçün bir sıra məsələlərə, o cümlədən komisyon haqlarına diqqət yetirək. Hazırda Azərbaycanda pos-terminallar üzrə ödənilən komisyon haqqı 1,29-2,37% arası dəyişir. Müqayisə üçün deyim ki, bu göstərici Gürcüstanda və Böyük Britaniyada 1,5-2%, İtaliyada 2-2,5%, Rusiyada isə 2-3%-dir. Yəni Azərbaycanda tariflər digər ölkələrdən yüksək deyil. Dövlət bu məsələyə müdaxilə etmir” - deyə M.Cabbarov əlavə edib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!