“Bu gün bölgələrdə psixoloq kimi çalışanların sayı azdır”

2019-06-18 16:31:25 / 2765 dəfə oxunub
"Rayonlarda, ən ucqar kəndlərdə belə məktəbdə psixoloq ola bilər, amma onların çoxu bir illik ixtisasartırma kursunu keçən müəllimləridir”

Azərbaycanın ümumtəhsil məktəblərində yüzlərlə vakant psixoloq ştatı var. İş yeri olsa da, bu sahədə çalışmaq istəyənlərin sayı azdır. Paytaxt Bakı ilə müqayisədə bölgələrdə mövcud olan orta məktəblərdə psixoloq ştatı formaldır. Aparılan araşdırmalara görə, ümumtəhsil məktəblərində bir sıra rayonlarda psixoloq ştatı olsa da, psixoloq fəaliyyət göstərmir. Məlumat üçün bildirək ki, Şabran rayonunun 34 təhsil müəssisəsində psixoloq ştatı olsa da, cəmi 18-də psixoloq fəaliyyət göstərir. Hər il vakant göstərilən digər 14 məktəbdə də psixoloqa ehtiyacın böyük olduğu deyilir. Maraqlıdır, bölgələrdəki orta məktəblərdə psixoloq kimi çalışmaq istəyənlərin sayı azdır.

Məsələ ilə bağlı fikir bildirən psixoloq Könül Vaqifqızı "Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün bölgələrdə psixoloq kimi çalışanların sayı azdır: "Rayonlarda, ən ucqar kəndlərdə belə məktəbdə psixoloq ola bilər. Amma onların çoxu bir illik ixtisasartırma kursunu keçən müəllimlərdir və çoxu iş olmadığından məktəbdə boş vakansiyaya uyğun ixtisasartırma kursuna göndərilib. Belə psixoloqların fəaliyyəti məktəblərdə hiss olunmur. Əsas problem, onların ixtisasartırma kursundan sonra peşəkar psixoloq kimi yetişdirilməsidir. Ona görə də, psixoloqların hazırlanmasına diqqət yetirilməlidir”. Həmsöhbətimiz onu da vurğuladı ki, məktəblərdə psixoloq kimi çalışanların çoxunun psixologiyadan anlayışı belə yoxdur. Məktəblərdə psixoloq ştatı ilə bağlı çoxsaylı problemlər var. Məktəblərdə psixoloq çatışmazlığı var. Elə məktəblər var ki, psixoloq fəaliyyət göstərsə də, məktəbdə təhsil alan şagirdlərin sayı ilə müqayisədə, psixoloq ştatı üzrə çalışanların sayı çox azdır. Bəziləri bir illik ixtisasartırma kursunu bitirdikdən sonra məktəbdə psixoloq kimi çalışmağa başlayır. Elə məktəblərimiz var ki, orada psixoloq var, amma psixoloji xidmət yox səviyyəsindədir. Ona görə də, məktəblərdə tez-tez müəllim-şagird, müəllim-valideyn, valideyn-uşaq konfliktləri yaranır. Halbuki, məktəbin psixoloqu uşaqlarla vaxtaşırı söhbət aparmalı, valideynlərlə görüşməli, uşağın evdə yaşadığı problemdən də xəbərdar olmalıdır. Bizdə isə məktəblərdə psixoloqların hansı uşağın psixoloji durumunun hansı vəziyyətdə olduğundan xəbəri belə yoxdur”.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!