Yol polisi saxladı, BNA cərimə yazdı – BAKIDA KURYOZ-FOTO

2019-06-19 11:27:49 / 3558 dəfə oxunub

Bakıda vətəndaşın başına kuryoz hadisə gəlib.

Bakupost.az-ın məlumatına görə, Fərhad Həmidov adlı vətəndaş yolda hərəkət zamanı yol polisi tərəfindən saxlanılıb və qayda pozuntusuna görə cərimələnib.

Hadisədən bir neçə gün sonra isə Bakı Nəqliyyat Agentliyindən sürücüyə yol polisinin saxladığı yerdə dayanıb dayanma-durma qaydasına pozduğuna görə yeni cərimə gəlib.

F.Həmidov məsələ ilə bağlı yol polisinə müraciət edib. Ona bildirilib ki, BNA ikinci cəriməni siləcək.

Bu barədə sosial şəbəkədə yazan sürücüyə başqa şəxslər də dəstək verib. Məlum olub ki, yüzlərlə sürücüyə də eyni məzmunlu cərimələr göndərilib. Sürücülər yazır ki, yol polisinin göstərişinə tabe olmayıb maşını saxlamayanda da tabesizlikdən daha yüksək cərimə yazılır. Yol polisinin tələbiylə maşını saxlayanda da başqa bir dövlət qurumu cərimə göndərir.

İki dövlət qurumu arasında yaşanan koordinasiyasızlıq və xaos vəziyyəti yenə də sadə vətəndaşların başına çatlayır. Hər dəfə əlavə vaxt və enerji sərf edərək ikinci cəriməni sildirməyin əziyyətini sürücülər yaşayır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bakupost.az-a bildirib ki, dayanma-durma barədə cərimə protokolunun tətbiq edilməsi yalnız BNA-nın səlahiyyətində olan məsələdir. Qeyd olunan məqamda da sürücünün dayanma-durma qaydalarını pozduğu kameralara düşdüyü üçün o cərimələnib.

M.Ağayev hazırda BNA-nın hüquqşünaslarının məsələni araşdırdığını və geniş məlumat verəcəklərini də əlavə edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!