Nazir müavini: Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb

2019-06-19 12:44:01 / 2377 dəfə oxunub

Azərbaycanda 2018-ci ildə ambulator tibbi xidmətə təxminən 49 milyon müraciət olunub.

Trend-in məlumaına görə, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

E.Ağayev bildirib ki, bu müddət ərzində 727 min insan stasionar müalicəyə götürülüb ki, bunun da 280 mini müxtəlif səviyyəli əməliyyatlarla nəticələnib.

Nazir müavininin sözlərinə görə, ötən 15 il ərzində Azərbaycan 670-dən artıq tibb müəsisəsi əsaslı sürətdə yenidən qurulub və tikilib. Bu 670 tibb mərkəzinin təqribən 470-i regionların payına düşür.

E.Ağayev vurğulayıb ki, son 15 il ərzində Azərbaycanda ana ölümü 18.5-dən 12.7-ə, körpə ölümü 15.5-dən 11.1-ə endirilib: "Lakin biz bununla dayanmamalıyıq, biz çalışmalıyıq bu rəqəmləri 2-ə, 1-ə endirək və yaxud da çalışmalıyıq ki, ana ölümü ümumiyyətlə olmasın”.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!