Şamaxı RİH: Zəlzələdə evləri dağılan ailələr üçün 288 ev inşa edilir

2019-06-20 10:56:00 / 3603 dəfə oxunub

Şamaxıda baş verən zəlzələ nəticəsində dağılmış fərdi yaşayış evlərinin yenidən bərpası davam etdirilir.

Sabahinfo.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı rayon İcra hakimiyyətinin baş memarı, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.

Baş memarın sözlərinə görə, hazırda rayon ərazisində zəlzələdən zərər çəkən evlərin yenidən inşası davam etdirilir: "Zəlzələ nəticəsində 351 ev tamamilə qəzalı vəziyyətə düşüb. Onlardan 114 ev artıq tam sökülərək yenidən tikilir. Fövqəladə Hallar Komissiyasının qərarına əsasən, zəlzələ zamanı zərər çəkən evlərdən 1338-nin bərpası mümkün hesab edilib, 2311 evin isə təmirə ehtiyacı var. Komissiyanın qərarına görə, müraciət edilən 1875 evə baxış keçirilərək vəziyyəti qənaətbəxş hesab edilib".

R.Əliyev bildirib ki, bununla yanaşı, Şamaxıda zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün hazırda 174 mənzil inşa edilir: "Bu məqsədlə rayon ərazisində 3 ədəd yaşayış binası tikilir. Həmin binalar 44 mənzilli 4 mərtəbəli, 20 mənzilli 2 mərtəbəli və 110 mənzilli beşmərtəbəlidir".

Xatırladaq ki, bu il fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.




Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!