Rüstəm Usubov Ağstafadakı olayla bağlı: Qisas almaq niyyətinə düşüb və cinayəti törədib

2019-06-20 15:30:21 / 978 dəfə oxunub

Azərbaycanda qətl hadisələrinin sayı ildən-ilə azalır, onların açılma faizi isə yüksəlir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

Onun sözlərinə görə, Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adam öldürmə cinayətləri ilə bağlı daim təhlillər aparılır. Bunun nəticəsində müəyyən profilaktik tədbirlər görülür, təqdimatlar edilir.

R.Usubov Ağstafada insan ölümü və yaralanması ilə nəticələnən hadisə ilə bağlı danışarkən qeyd edib ki, ailələr arasında uzunmüddətli dava olub:

"Vəzifəli şəxslər vaxtı ilə həmin ailələrlə ciddi söhbətlər apararaq onları barışığa dəvət edib. Zamanında buna nail olunmuşdu. Bunun nəticəsində alınan cəzalar azaldılmışdı. Aradan uzun müddət keçməsinə baxmayaraq, Elnur Süleymanov qisas almaq niyyətinə düşüb və cinayəti törədib. Hazırda Səhiyyə Nazirliyi yaralıların səhhəti ilə məşğul olur".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!