“Koroğlu” körpüsündə intihara cəhd edən ana-bala qurtarıldı - YENİLƏNİB

2019-06-24 16:37:30 / 1004 dəfə oxunub
Fövqəladə Hallar Nazirliyi "Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüdə intihara cəhd hadisəsi barədə məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindənbildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, bu gün Bakı şəhərinin Nizami rayonunda 2 nəfər (biri azyaşlı olmaqla) körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Hadisə yerinə cəld edilən Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri intihar cəhdinin qarşısını alaraq intihar etmək istəyən vətəndaşları körpünün təhlükəsiz hissəsinə keçiriblər. Xilasedicilər vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.

***

"Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüdə intihara cəhd edən qadın fikrindən daşındırılıb və xilas edilib. Bu barədəFövqəladə Hallar Nazirliyindən bildirilib. Olayla bağlı əlavə məlumat veriləcək.

***

Hazırda "Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüdə bir nəfər intihara cəhd edir.Modern.az-ın məlumatına görə, polis əməkdaşları onu fikrindən daşındırmağa çalışır. İntihar etmək istəyən şəxsin qadın olduğu bildirilir.

Əlavə məlumat veriləcək...


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!