“Bizdən şantaj, böhtan yolu ilə layihə almaq olmaz”

2019-06-24 16:22:11 / 1877 dəfə oxunub

"Bəzi qeyri-hökumət təşkilatları şər, böhtan, hədə-qorxu yolu ilə bizdən layihə almağa çalışır".

Modern.azxəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev həmin insanlara şər-bohtan atmaq əvəzinə layihə yazmağı öyrənməyi tövsiyə edib:

"Bizdən şantaj, böhtan yolu ilə layihə almaq olmaz. Bizi şantaj etmək əvəzinə, haqqımızda yalan, böhtan xarakterli yazılar yazdırmaq əvəzinə, getsinlər layihə tərtib etməyi öyrənsinlər. Əgər həmin insanlar layihə yaza bilmirlərsə, gəlsinlər onlara layihənin necə hazırlanması ilə bağlı təlimlər keçək”.

A.Quliyev qeyd edib ki, şura ölkədə aparılan şəffaflığa, elektron hökumət quruculuğuna öz töhfəsini verməyə borcludur və bu istiqamətdə iş aparır:

"Şura hər bir işi şəffaf şəkildə həyata keçirir. Şuranın həyata keçirdiyi SƏLİS elektron vətəndaş proqramı vasitəsilə hər bir iş açıq-aşkar yerinə yetirilir, hər şey göz qabağındadır, aşkardır. Bəziləri bu aşkarlığa kölgə salmağa çalışır”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!