Nazir: “İlk dəfə minimum əməkhaqqı yaşayış minimumunu üstələyir”

2019-06-24 12:56:19 / 2053 dəfə oxunub

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimum əməkhaqqının 250 manata çatdırılması ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının yaşayış minimumunu üstələməsinə imkan verib.

Modern.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

O, hazırkı yaşayış minimumunun 180 manat olduğunu, artıq bu il sentyabrın 1-dən minimum əməkhaqqının həmin yaşayış minimumunu 40 faizə yaxın üstələyəcəyini deyib. Eyni zamanda, Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləği cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq və bununla da minimum pensiya pensiyaçılar üçün yaşayış minimununu (149 manat) 34,2 faizədək üstələmiş olacaq.

S.Babayev qeyd edib ki, bu, Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla, ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir. Minimum əməkhaqqının artımı 950 min insanı, dövlət sektoru üzrə müxtəlif sahələrdə əmək haqlarının artımı isə 400 min insanı əhatə edir.

Nazir ümumilikdə bu ay reallaşan sosial paketin ümumilikdə 1 milyon 350 min insanın əməkhaqlarının, 750 mindən çox pensiyaçının pensiyasının, nəticə etibarilə 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artımına imkan verdiyini deyib. S.Babayev bu artım üzrə dövlətin əlavə maliyyə yükünün isə 2 milyard manat təşkil etdiyini bildirib.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!