Şuranın dəstəyilə Zaqatala rayonunda milli ailə dəyərləri təbliğ edilir

2019-06-25 15:49:39 / 1161 dəfə oxunub
"İnnovativ İdeya və Təşəbbüslər” İctimai Birliyi Zaqatala rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "Regionda azsaylı xalqların nümayəndələri arasında milli ailə dəyərlərinin təbliği” layihəsini icra edir.

Layihə çərçivəsində növbəti tədbir Yuxarı Çardaqlar kəndi, Ramazan Muradov adına Yuxarı Çardaqlar kənd tam orta məktəbində keçirilib.

Tədbirdə layihənin eksperti ailələrin sağlam və xoşbəxt olması üçün onun üzvləri arasında səmimiyyətin olmasının, ər-arvad, valideyn-övlad münasibətlərinin düzgün qurulmasının, ailədə hər şeydən əvvəl milli adət-ənənələrimizi yaşatmağın əhəmiyyətindən danışıb.

Dövlətin əsasını sağlam ailələrin təşkil etdiyini qeyd edən ekspert Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini bildirib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!